Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dərmanları içənlərə meyvə şirəsi olmaz

  • 2022.09.19 16:39
  • 1270 Baxış
Bu dərmanları içənlərə meyvə şirəsi olmaz



Statinlər qəbul edən pasiyentlərə meyvə şirələri təhlükəlidir.


"Medicina" xəbər verir ki, bir çox meyvə şirələrində statinlərin sovrulması və öz işini görməsinə mane olan birləşmələr var.


Terapevt İrina Andreyeva meyvə şirələri əks-göstəriş olan statinlərin adlarını çəkib.

- Atorvastatin

- Lovastatin
- Simvastatin

Statinlər qaraciyərdə xolesterin sintezini azaltmaq üçün ürək, şəkər xəstələrinə təyin olunan müasir preparatdır.

Bir çox şirələrlə xüsusən qreypfrut şirəsi ilə statinlər orqanizm üçün toksiki təhlükəli ola bilir.

Hazırda həkimlər xəstələrə statinlərlə birgə meyvə şirələrini qadağan edir.

Aygün Musayeva