Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dərmanlar sonsuzluq yaradırmış - İbuprofenin zərərləri

  • 2018.01.10 15:48
  • 46517 Baxış
Bu dərmanlar sonsuzluq yaradırmış -  İbuprofenin zərərləri
Fransız və danimarkalı elm adamlarının apardığı son araşdırmalara görə, ibuprofen tərkibli dərmanlardan uzunmüddətli və yüksək miqdarda istifadə sonsuzluq, depressiya kimi xəstəliklər yaradır.


Medicina.az xəbər verir ki, ağrıkəsici xüsusiyyəti səbəbindən bir çox dərmanın tərkibində istifadə edilən ibuprofenin kişilərdə sonsuzluq daxil olmaqla bir çox problemə səbəb yaratdığı aşkar edilib. Belə ki, bu, testesteron hormonunun yaranmasına təsir edərək gecikdirir.


Araşdırmalar zamanı 8-35 yaş arası və səhhəti yaxşı olan 31 kişiyə 6 həftə boyunca gündə 2 dəfə 600 milliqram (3 həb) əsas tərkibi ibuprofen olan dərmanlar verilib. Bir müddətdən sonra testesteronun yaranmasına şərait yaradan "luteinizan” hormonunun səviyyəsinin artdığı, ancaq testesteronun düşdüyü təsbit edilib. Mütəxəssislər həmçinin bildiriblər ki, belə dərmanların normal miqdarda az-az istifadəsi heç bir problem yaratmaz.


Qeyd edək ki, daha öncə hamiləlikdə bu tip dərmanlardan çox istifadənin dölə mənfi təsir etdiyi açıqlanmışdı.

 

Şəhanə Quliyeva