Parkinson xəstəliyinin
müalicəsində istifadə edilən dərmanlar insanlarda qumara və seksə asılılq yaradır.
Medicina.azxəbər verir ki, son aparılan araşdırma zamanı bu nisbətin gözləniləndən daha
yüksək ola biləcəyini göstərib. Mütəxəssislər
dərmanların alış-veriş və çox yemək kimi problemlərə də səbəb ola biləcəyini
göstəriblər.
Tədqiqatda Parkinson əleyhinə dərmanını istifadə edən hər 7 nəfərdən
birində bu simptomların olduğu bildirilib. Beləki kişilərdə
daha çox qumar və cinsi asılılıq təsiri ,
qadınlarda isə yemək pozğunluğu və həddən artıq alış-veriş etmək istəyi isə
özünü göstərib.
Digər tərfədən tədqiqatçıların fikrinə görə,belə vəziyyətlər Parkinson
xəstələrinin həyatında ciddi problemlərə səbəb olur. Bu onların boşanması, işlərini
itirməsi kimi çətinliklərlə müşahidə olunur.
Baki