Türkiyəli dietoloq Sinan Akkurt bildirib ki, aktivliyin və
meyvə-tərəvəz qəbulunun azalması, xəmir xörəklərinə üstünlük verilməsi
nəticəsində qış aylarında qəbizlik problemi daha tez-tez baş verir.
Medicina.az publika-ya istinadən xəbər verir ki, xəbər verir ki, türkiyəli mütəxəssis qış
aylarında düzgün qidalanma ilə bağlı vacib xəbərdarlıqlar edib.
Həkimin sözlərinə görə, xüsusilə payız aylarında istifadə edilən bəzi
antidepressantlar qəbizlik yaradır. Digər tərəfdən də qışda ağır və yağlı
qidalara üstünlük verilməsi və ya karbohidrat istəyinin artması nəticəsində
bağırsaq hərəkətləri və maddələr mübadiləsi yavaşlayır.
Qəbizliklə mübarizədə ən vacib elementləri mütəxəssis belə sadalayıb:
"Qəbizlik probleminin qarşısını almaq üçün gündə 20-30 dəqiqə məşq etməyi
tövsiyə edirəm. Zeytun yağı və kompot qəbizliyi aradan qaldıran ən güclü təbii
vasitələrdir. Salatlara, həmçinin omeqa3 yağları ilə zəngin olan badam, qoz,
fındıq, fıstıq kimi çərəzlərə, eləcə də gavalı, tut və ərik qurularına üstünlük
vermək lazımdır. O, bildirib ki, ispanaq, kələm və alma da qəbizliyə qarşı
effektli vasitələrdir. Alma isə qabıqlı halda yeyildiyi zaman daha faydalıdır.
Ən vacibi çəkinizdən asılı olaraq gündə 1 litr yarım və ya 2 litr su içməyi
unutmayın”.