Bioloji Tədqiqatlar İnstitutunun alimləri fiziki hərəkətlərin insan orqanizminə göstərdiyi təsirə malik analoji maddələri sınaqdan keçirib.
Medicina.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Science Alert” məlumat yayıb.
516 və 14 birləşmələri aktiv həyat tərzi sürə bilməyən insanlarda çəkinin azaltmağa imkan verir.
516 adlı birləşmə əzələ hüceyrələrində yağları yandıran genləri aktivləşdirir, 14 birləşməsi isə enerji almaq məqsədilə hüceyrələri karbohidratları parçalamağa sövq edir.
Bu metabolik proseslər fiziki ağırlıqla məşğul olan insanların orqanizmində təbii şəkildə aktivləşir.
Birinci dərman vasitəsi Dyuşen əzələ distrofiyasık kimi genetik xəstəliyə, eyni zamanda Yan amiotrofik skleroz, Parkinson və Xantinqton xoreyası xəstəliyinə düçar olan pasiyentlər üçün nəzərdə tutulub.
14 birləşməsi piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının yüksəlməsi zamanı biruzə verən şəkər və metabolik sindroma qarşı vasitə hesab edilir.
Dərman vasitəsi orqanizmin qlükozaya həssaslığını normallaşdırır və bədən kütləsini azaldır. Dərman vasitəsi hələ insan üzərində təcrübədən keçirilməyib.