Keçən həftə Türkiyənin İsparta şəhərində xəstəxanada yaşanan hadisə ölkənin Səhiyyə Nazirliyini hərəkətə keçirib.
Medicina.az xəbər verir ki, endoskopik və kolonoskopiya müayinəsi olan 8 xəstədən biri dünyasını dəyişib, digərlərinin vəziyyəti ağırlaşıb.Məlum olub ki, onlara müayinədən öncəsi dərman vurulub.
Bundan sonra Türkiyə Səhiyyə Nazirliyi 81 bölgədə yerləşən xəstəxanaların hamısında dərman məhsulunun istifadəsinin dayandırılması təlimatını verib. Antalyada tibbi rəhbər Mehmet Ertekin bildirib ki, sözü gedən dərman apteklərdə satılmır.
"Dormofol %1" və "Dormofol %2" adlı anesteziya dərmanının satışına tamamilə qadağa qoyulub. Bundan əlavə həmin dərmanın tərkibinin incələnməsi üçün laboratoriyaya təhvil verilib. Həkimlərin sözünə görə, bu dərman endoskopik müayinə zamanı geniş istifadə edilən anesteziya məhsulu hesab edilir. Xəstəxanalar bu məhsulu birbaşa olaraq istehsalçıdan əldə edirlər. Çünki depolarda bu dərmandan yoxdur.Həmin dərman toplanaraq istehsalçıya geri qaytarılacaq.