Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dərmanı içən hamilələrin uşaqları gec danışır

  • 2018.01.23 17:44
  • 18031 Baxış
Bu dərmanı içən hamilələrin uşaqları gec danışır
Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız sayılır. Lakin son araşdırma bu iddianı şübhə altına salıb.


Medicina.az saglamolun.az-a istinadən bildirir ki, bu barədə The Mirror xəbər verib. Belə ki, İsveç alimləri 8-13 həftəlik hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.


Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunurdu.


Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi.