Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dərman ömrü 12 il uzadır- Alimlər

  • 2023.06.15 21:15
  • 2532 Baxış
Bu dərman ömrü 12 il uzadır -   Alimlər
Məşhur analgetik və qızdırmasalıcı ibuprofen insanın ömrünü 12 il artıra bilər. Kaliforniyadakı Buck Yash Araşdırmaları İnstitutunun alimləri nəticəyə gəliblər.


“Medicina” xəbər verir ki, təcrübənin bütün iştirakçıları mütəmadi bu dərmandan istifadə etdikdə həyatı sağlam şəkildə keçiriblər.


Başqa sözlə, insanlar əla formada olduqları və yaşlanma zəifliyindən əziyyət çəkmədikləri dövrü əhəmiyyətli dərəcədə artıra bilərlər.

Amerikalı tədqiqatçılar deyirlər ki, ibuprofen bir çox dərmanlar içərisində nisbətən təhlükəsizdir. İlkin araşdırmalar dərmanın ömrü uzatmağa qadir olduğunu göstərdi.

Tibbi bazarlarda daha çox Nurofen kimi tanınan dərmanın qocalmanı necə yavaşlatdığı tam aydın deyil. Ancaq görünür ki, dərman hüceyrələrin yumurta, şokolad və hinduşkada olan amin turşusu triptofanı mənimsəməsinin qarşısını alır.


Aynurə Məmmədova