Bu dərman demensiyanı müalicə edir

  • 2023.05.01 16:51
  • 1735 Baxış
Bu dərman demensiyanı müalicə edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, HİV müalicə dərmanlarını demensiya xəstələrində uğurla istifadə etmək olar.

Alimlər hesab edirlər ki, dərmanın təkrari təyin edilməsi yaşlı insanlarda yaddaş itkisini aradan qaldıra bilər.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, tədqiqatlar nəticəsində məlum olub ki, bu dərman beyini demensiyanın inkişafı ilə bağlı olan yalançı zülallardan təmizləməyə qadirdir. Alimlərin fikrincə, bu zülalları təmizləməklə o, xəstəliyin gedişatını ləngidir.

Alimlər mikrogliamızın neyrodeqenerasiyanı sürətləndirdiyinə dair yeni bir mexanizm kəşf edib.

Beyin və mərkəzi sinir sisteminin mikroqliya kimi tanınan, onu arzuolunmaz və zəhərli maddələrdən qoruyan xüsusi immun hüceyrələri var.

Demansiyada onlar hərəkət etməyə başlayırlar, lakin autofagiya prosesini pozaraq, ölmüş hüceyrələri məhv etmirlər.
Bu tau adlı kimyəvi maddənin yığılmasına səbəb olur və nəticədə beyin hüceyrələrini məhv edir.

Aygün Musayeva