Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu dənli bitki xərçəng və ürək xəstəlikləri riskini azaldır - Mütəxəssis rəyi

  • 2020.10.05 14:48
  • 2600 Baxış
Bu dənli bitki xərçəng və ürək xəstəlikləri riskini azaldır  - Mütəxəssis rəyi


Qəhvəyi düyüdən istifadə xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

Medicina.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan tədqiqatların nəticələrinə əsasən, bu dənli bitkinin tərkibində olan selen və maqnezium arteriya damarlarında xolesterin toplanmasının qarşısını alır. Bundan başqa, onun tərkibindəki iltihab əleyhinə təsirə malik antioksidantlar döş və yoğun bağırsaq xərçəngi riskini azaldır.

Həkimlərin sözlərinə görə, zülal, mineral və bağırsağın fəaliyyətini tənzimləyən liflərlə zəngin olan bu növ düyü, həmçinin qanda şəkərin səviyyəsini normallaşdırır və uzun müddətə toxluq hissi yaradır.

Ekspertlər qəhvəyi düyünü orta porsiyalarla yeməyi, qarnir kimi süfrəyə qoymağı, eləcə də şorba və salata qatmağı tövsiyə edirlər.