"Tarix demək düzgün deyil, bir az çətindir. Çünki verilən proqnozlar özünün doğrultmadı”.
Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla dünyanın aparıcı milyarderlərindən olan Bill Qeytsin COVİD-19-un bitəcəyi vaxtı açıqlaması ilə bağlı məlumata münasibətində deyib.
Professor hesab edir ki, COVİD-19 virusunun nə vaxt bitəcəyi vaxtı açıqlamaq, onunla bağlı proqnozlar vermək münəccimlikdən başqa bir şey deyil:
"Məntiq və elm var. Bu viruslar uzun müddət qala bilməz. Mütləq bu virus mutasiyaya uğrayaraq zəifləməlidir. Bir tərəfdən kollektiv immunitetin formalaşması, bir tərəfdən mutasiyaya bunun sonuna çıxacaq. İspan qripi kimi bir virus bu şəkildə təbabətin zəif inkişaf etdiyi dövrdə bir ildən çox davam etdi. Pandemiyanın da bir ildən yuxar ömrü var. Hesab edirəm ki, bu dalğadan sonra yavaş-yavaş mutasiya artacaq. Ola bilər bunun içərisində təhlükəli mutasiya da olsun, amma istəlinən vəziyyətdə bu virus tədricən yoxa çıxacaq”.
Adil Qeybulla bildirib ki, XXI əsr virus əsridir:
"Biz hər cür sürprizlərə hazır olmalıyıq. Dünya Səhiyyə Təşkilatının 2019-cu il insan sağlamlığını təhdid edən 10 faktordan biri kimi qrip pandemiyası göstərilib. Hələ bizi qarşıda qrip pandemiyası gözləyir. Bu, mütləq olacaq”.
Qeyd edək ki, "Microsoft"un qurucusu Bill Qeyts (Bill Gates) koronavirus pandemiyasının 2022-ci ilin sonuna qədər həyatımızdan tamamilə çıxacağını bildirib.