Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu da mümkün olacaq - İstədiyin qədər ye, amma kökəlmə…

  • 2024.02.20 19:31
  • 890 Baxış
Bu da mümkün olacaq - İstədiyin qədər ye, amma kökəlmə…
İstədiyiniz qədər yeyib kökəlməmək gələcəkdə mümkün ola bilər.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, yeni bir araşdırmanın nəticələri tək bir genin söndürülməsinin insanların kökəlmə qorxusu yaşamadan istədikləri hər şeyi yemələrinə imkan yarada biləcəyini göstərib. Bu gen üzərində aparılan araşdırmalar piylənmənin müalicəsi üçün də böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın Kaliforniya San Dieqo Universitetinin mütəxəssisləri siçanlar üzərində apardıqları tədqiqatlar nəticəsində yağ hüceyrələrinin "enerji yandırmaq qabiliyyətini itirməsindən" tək bir genin məsul olduğunu aşkarlayıblar.

Komanda piylənmənin mitoxondrilərimizə necə təsir etdiyini öyrənmək və piylənmənin maddələr mübadiləsini niyə yavaşlatdığını aydınlaşdırmağa çalışıb. Nəticədə bu prosesin bir çox funksiyaları olan "RaIA" adlı tək gen tərəfindən həyata keçirildiyi müəyyən edilib.

Belə ki, gəmiricilər yüksək miqdarda yağlı qida yedikdə onların hüceyrələri parçalanır və piy yandırmaqda daha az effektiv hala gəlir. Bu, yəqin ki, piylənmənin insanların maddələr mübadiləsinin niyə yavaşlamasına səbəb olduğunu da izah edir. “Gen redaktəsi” tətbiq olunduqdan sonra gəmiricilər eyni miqdarda yeməyə davam etsələr də çəki almayıblar.

Universitetinin tibb professoru Dr. Alan Saltielin sözlərinə görə, bu gen sağlam çəkidən piylənməyə keçiddə kritik rol oynayır.

“İnsanlar yandırdıqlarından daha çox kalori istehlak etdikdə, yağ hüceyrələrinin enerji yandırma qabiliyyəti uğursuzluğa düçar olur. Kilolu insanların arıqlamasını çətinləşdirən səbəblərdən biri də budur. Ancaq piy hüceyrələrinin necə parçalanmağa başlaması ən böyük sirlərindən biridir. Tədqiqatçılarımız yüksək miqdarda yağ ehtiva edən pəhrizin siçanların mitoxondrilərinə təsirini ölçdülər. Müəyyən olundu ki, bu cür qidalanmadan sonra siçanların mitoxondriləri daha kiçik, daha az yağ yandıran təsirsiz mitoxondriyalara bölünür. Yeni tapıntılar göstərir ki, bu gen həddindən artıq reaksiya verdikdə, mitoxondrilərin normal fəaliyyətinə mane olur və yağ hüceyrələrini enerji xərcləməyi dayandırmağa təhrik edir. Tədqiqatçılarımız siçanlarda “RaIA”dan təsirlənən bəzi zülalların piylənmə və insulin müqaviməti ilə əlaqəli insan zülallarına bənzədiyini aşkar etdilər. Bu, oxşar mexanizmlərin insanlarda da rol oynaya biləcəyini göstərir. Bu isə o deməkdir ki, yeni müalicə üsulları ilə piylənmənin qarşısını almağa kömək edə bilərik”, - deyə professor qeyd edib.