Rusiyanın kəşf etdiyi ilk koronavirus peyvəndinin fotosu yayılıb.
Artıq rəsmi olaraq qeydə alınan peyvəndin ampulu 2 rəngdədir: qırmızı və göy. Onlardan biri birinci vurulur, digəri daha sonra.
Medicina.az xəbər verir ki, peyvənd iki mərhələlidir. Bu daha uzun müddətli immunitetin yaranması üçündür. Qeyd edək ki, bir çox peyvəndlər 2-3 dəfə vurulur.
Peyvəndin tərkibində COVİD 19 virusunun özü yoxdur. Preparat adenovirus əsasında yaradılıb .
Yaxın 1 ay ərzində Rusiyada xüsusi risk qrupuna və bir çox könüllülərə peyvəndlər vurulacaq.
Bu vaxta kimi Rusiya Federasiyasında 900 min insan koronavirusa yoluxub.