Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Bu cür xəstəlikləri olan insanların açıq havada uzun müddət gəzməsi məsləhət deyil...”

  • 2018.03.31 13:51
  • 13995 Baxış
“Bu cür xəstəlikləri olan insanların açıq havada uzun müddət gəzməsi məsləhət deyil...”
Havaların istidən birbaşa soyuğa, küləkli havaya doğru dəyişməsi insanların səhhətinə təsirsiz ötüşməyəcək. Belə havada ən çox ürək xəstələri əziyyət çəkirlər. 


Medicina.az xəbər  verir ki, tibb elmləri namizədi Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bildirir ki, belə havada bu cür xəstələrin açıq havada uzun müddət gəzmələri məsləhət deyil:


"Qəflətən havanın dəyişməsi əsasən ürək xəstələri və ağ ciyər xəstələrinə təsir edir. Əsəb xəstələrinə də təsir edir. Havanın dəyişməsi rematizması olan insanlara da mənfi təsir göstərir. Küləkli, nəmli havada oynaqlar ağrıyır, ürəkdə ağrılar olur. Bu cür xəstəlikləri olan insanların açıq havada uzun müddət gəzməsi məsləhət deyil”.  



R.Mahmudov bildirib ki, belə havada yağışın yağması, küləyin olmasından yaxşıdır:


"Havada toz var. Yağış yağsa, bunu yerə endirər və hava təmizlənər. Yağışın yağması, küləyin olmasından yaxşıdır”.