Koronavirusun yayılmasının qarşısını almaq üçün şəhərlərin bağlanmasından daha effektiv bir yol var, o da cərimələrin sərtləşdirilməsidir.
TASS-ın məlumatına görə, bu barədə rusiyalı virusoloq və professor Viktor Zuyev bildirib.
Onun sözlərinə görə, maska taxmaq virusdan qorunmanın ən təsirli yoludur və əhali bunun əhəmiyyətini dərk etmirsə, sərt tədbirlər görülməlidir.
“İqtisadiyyatla əlaqəli səylərimizi qısaltmağa ehtiyac yoxdur... İşə getməyi dayandırmaq da lazım deyil, bu cür insanlar, bir sıra ölkələrdə olduğu kimi, cərimələnməlidirlər”, - deyə Zuyev bildirib.