Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu çörək növləri zərərlidir, yeməyin - Həkim

  • 2022.10.13 16:55
  • 3182 Baxış
Bu çörək növləri zərərlidir, yeməyin    - Həkim

Çörək o halda faydalı ola bilər ki, taxıl keyfiyyətli olsun və tərkibində ən azı 30% lif olsun.

"Medicina" xəbər verir ki, həkim Dariya Rusakova bəzi çörəklərin konkret insanlar üçün fərqli təsir etdiyini və zərərli olduğunu deyib.


"Sutka ərzində 100 qram tam taxıldan, mayasız, qara və ya çovdar çörəyi orqanizm üçün vacibdir.

Bu B qrup vitamini mənbəyi, liflə zəngin, bağırsaq mikroflorası üçün faydalıdır.
Eləcə də qanda şəkər və xolesterini qaldırmır.

Düzgün qara çörək kəpəkli undan, heç bir ağ un qatılmadan bişirilir.
Bu çörək sinir sistemi üçün ən faydalısıdır.

Zabod istehsalı ağ çörəklərdə isə qatqılar, duz çoxdur.

Bulka, baton çörək, ağ və mayalı çörək yemək zərərlidir".

Aygün Musayeva