Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu çaydanlardan istifadə etməyin - Böyrəklərdə daş yaradır

  • 2023.01.07 13:48
  • 3442 Baxış
Bu çaydanlardan istifadə etməyin -  Böyrəklərdə daş yaradır
İçində kirəc yığılmış çaydandan su və ya çay içmək böyrəklərdə daş yarada bilər.

Lenta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu doktor Yelena Solomatina bildirib.

“Çaydanlara toplanmış kirəci təmizləməsəniz, mineral hissəcikləri suya qarışacaq və orqanizmə daxil olacaq. Duz, kalsium və maqnezium ifrazat sisteminə əlavə yük salır və böyrəklərdə toplanır .Əgər böyrəklərinizdə problem varsa, dəfələrlə qaynanmış su yeni problemlər yarada bilər. Çaydanlarınızı müntəzəm olaraq dəyişin və ya tez - tez təmizləyin”,- deyə həkim məsləhət görüb.