Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitkinin şirəsi onlarla ağır xəstəliyi sağaldır - Tərkibində nadir vitamin var

  • 2019.07.01 11:12
  • 31634 Baxış
Bu bitkinin şirəsi onlarla ağır xəstəliyi sağaldır - Tərkibində nadir vitamin var
Kələm suyuna çox zəngin vitamin və mineral kompleksi daxildir. Kələm suyu estrogen maddələr mübadiləsi prosesini sürətləndirir və döş, ağciyər, prostat, mədə və kolon xərçəngi kimi xəstəliklərə tutulma riskini azaldır.
Medicina.az bu möcüzəvi iksirin faydalarını təqdim edir.

 

 Kələm suyu çox güclü bağırsaq təmizləyicidir. Bu bitkinin tərkibində mədə və 12 barmaq bağırsağı xoralarının sağalmasına kömək edən nadir U vitamini var. Bu səbəbdən kələm şirəsi bu xəstəliklər zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Kələm şirəsi orqanizmi ziyanlı maddələrdən çox yaxşı təmizləyir, "pis” xolesterinin səviyyəsini aşağı salır. Ən yaxşı detokslardandır.

 

 

Bu xüsusiyyəti kolitin müalicə edilməsində faydalı təsirə malikdir. Kələmin ehtiva etdiyi xlor və kükürd qalın bağırsaq üçün həyati əhəmiyyət daşıyar. Kələm suyu eyni zamanda həzm sisteminin nizamlı və sağlam bir şəkildə işinə yardımçı olur. Qəbizliyi aradan qaldırdığı kimi, piylənmə və artıq çəki problemlərindən xilas olmağa kömək edir. Kələm suyu dəri və dəri iltihablarında da istifadə edilə bilər. Bol miqdarda foli turşusu və dəmir ehtiva edən kələm suyu anemiya xəstəliyinin müəalicəsində təsirli vasitədir.

 

Qan azlığı problemlərinin həllinə kömək edir. Kələm suyu, eyni zamanda qanın təmizlənməsini təmin edir, damar tıxanıqlığı problemini aradan götürməkdə yardımçı olur. 5 gün boyunca gündə 1 stəkan kələm suyu içmək həm ürək və damar sağlamlığının qorunmasını təmin edir, həm də xəstəliklərlə mübarizə üçün müdafiə sistemini gücləndirər.

 

 
Kələm şirəsi sidikqovucu təsirə malikdir, böyrəkləri, sidik kisəsini və sidik yollarını təmizləyir. Bu içkinin balla qarışığı öskürək zamanı çox yaxşı kömək edir. Boğaz ağrısı zamanı kələm şirəsini bir qədər qızdırın və boğazınızı gün ərzində bir neçə dəfə yaxalayın. Bu vasitə iltihabı azaldır. Kələm şirəsi dərinin, dırnaqların, saçların vəziyyətinə çox müsbət təsir edir, orqanizmi cavanlaşdırır. Kələm şirəsinin kök şirəsi ilə qarışığı qəbizlik zamanı yaxşı kömək edir. Həmçinin bu qarışıq immun sistemini möhkəmləndirir. Kələm şirəsi yanıqlar və müxtəlif dəri problemləri zamanı çox effektlidir – yanıqların daha tez sağalmasına kömək edir, dərini yaxşı təmizləyir, iltihabları azaldır.
Kələm suyunun faydaları:

 

 
•    Arıqlamağa kömək edir. •    Xüsusi ilə göbək nahiyəsində yağları əridir. •    Şişliyi dəf edir. •    Orqanizmi toksiki maddələrdən təmizləyir. •    Kolon xərçənginin qarşısını alır •    Qanın fəaliyyətini nizamlayır •    Yuxu probleminə müsbət təsir edir. •    Qanı təmizləyir, damar tıxanmasının qarşısını alır.
Bu bitkinin şirəsi onlarla ağır xəstəliyi sağaldır - Tərkibində nadir vitamin var
Bu bitkinin şirəsi onlarla ağır xəstəliyi sağaldır - Tərkibində nadir vitamin var