Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitkinin şirəsi 2 həftəyə ziyilləri yox edir

  • 2024.04.18 22:50
  • 918 Baxış
Bu bitkinin şirəsi 2 həftəyə ziyilləri yox edir
Ziyil bir çox insanın qarşılaşdığı çətin dəri problemlərindən biridir. Adətən əl, ayaq barmaqlarında və üzdə çıxan ziyillər bəzən yoluxucu ola bilir.

Medicina.az xəbər verir ki, ziyillərdən qurtulmaq çətin olsa da, zəncirotu şirəsi ilə onları aradan qaldırmaq mümkün ola bilər.

Xüsusilə Uzaq Şərq və Yaxın Şərqdə tibbdə geniş istifadə olunan zəncirotu yaz aylarında cücərir. Ziyillərin müalicəsində onun gövdəsindən çıxarılan şirədən istifadə edilir.

Gövdəyə zərər vermədən çiçək hissəsini qoparıb, bitkidən axan yapışqan, südlü şirəni ziyilin üzərinə çəkmək lazımdır.
Bunu təxminən 2 həftə ərzində gündə 2-3 dəfə təkrarladıqda ziyillər yoxa çıxacaq.


Aysel