Hər dərdə dərman qara çörəkotu möcüzəvi xüsusiyyətli qida vasitəsidir. Bu bitki astmaya, xərçəngə qarşı qoruyucu rol oynayır. Həzm sistemini rahatladır, köp problemlərinə kömək edir.
Medicina.az şəfa mənbəyi çörəkotunun faydaları barədə məlumatı təqdim edir.
Aparılan son araşdırmalara görə, bu xeyirli qidanı balla qarışdırdıqda isə bütün faydaları ikiqat artır.
Min illərdir xəstəliklərin müalicəsində istifadə olunan qara çörəkotu bərəkət dəni kimi qiymətləndirilir. Bu xüsusi bitki tarix boyu təbabətdə geniş istifadə edilib. "Təbabətin atası” Hippokrat bu bitkini qaraciyərin funksiyasını gücləndirməsi ilə barabər, əqrəb və ilan sancmalarında, o cümlədən infeksion xəsətliklərin və soyuqdəymənin müalicəsində istifadə edib.
Orta əsrlər dövrünün ən böyük təbiblərindən biri İbn Sina da çörəkotunun yorğunluğu aradan qaldırdığını və bədəndə olan keyləşmənin qarşısını aldığını, həmçinin, maddələr mübadiləsini yaxşılaşdırdığını yazıb.
Misir kraliçası Kleopatra da təbii gözəlliyinə qovuşmaq üçün bu bitkidən istifadə edib.
Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Buna baxmayaraq, demək olar ki, dünyanın hər yerində istifadə olunur.
Qara çörək otunun faydaları:
•Baş ağrısını kəsir.
•Yaraları sağaldıcı xüsusiyyəti var.
•Həzm sistemini yaxşılaşdırır.
•Astmaya qarşı ən təsirli vasitə hesab olunur.
•Qan təziyiqini aşağı salır.
•Xolestrolu balansda saxlayır.
•Oynaq ağrıları, revmatizma, oynaqlarda yaranan iltihablı vəziyyətlərdə istifadə edilə bilər.
•Bir çox xroniki xəstəliklərin müalicəsində istifadə olunur.
•Depressiya əleyhinə olan bu bitki, həmçinin, ana südünün artırılmasına da kömək edir.
•Yaraları sağaldıcı xüsusiyyəti var.
•Qızdırma endirici və ağrı kəsicidir. Xüsusilə, baş və diş ağrısını kəsməkdə istifadə edilə bilər.
•Bağırsaq bakteriyalarından xilas olmaq üçün istifadə edilir, bağırsaq qurdlarını salmaq kimi təsiri var.
•Qəbizliyin qarşısını alır.
•Burun tutulmasını əngəlləyir
•Qan təziyiqini və yüksək təzyiqi aşağı salır.
•İmmunitet sistemini gücləndirərək, xəstəliklərə qarşı müqavimətli olmağınızı təmin edir.
•Əzələ ağrısı olanlar qara çörəkotu yağı masajı etdirə bilər.
•Şəkər xəstələri üçün faydalıdır.
•Sakitləşdirici xüsusiyyəti ilə stress və depressiyadan uzaqlaşdırır.
•Ürək sağlamlığını qoruyur.
•Böyrəklərdə və öd kisəsində daş əmələ gəlməsinin qarşısını alır.
•Quru dərinin yeniləyər, dərinin quruyaraq çatlamasının qarşısını alar.
•Dəri xəstəliyi olan sədəf xəstəliyinin sağalmasına kömək edir.
•Ayaqlardakı dırnaq göbələyi və dəri göbələyi ilə bağlı yaranan şikayətlərdən xilas olmağınızı təmin edir.
Qara çörəkotunun tərkibində proteinlər, karbohidronatlar və bitki mənşəli yağlar var, Omeqa6 və Omeqa3-lə də zəngindir. B12, B2, B və C vitamini tərkibli qara çörəkotu, həmçinin, kalsium, dəmir, fosfor və sink baxımından da zəngindir.
Bal və çörəkotunu qarışdırıb yesəniz, stresiniz tamamilə yox olacaq.
Qara zirə toxumunun tərkibində bir-çox kimyəvi maddələr var:
- Protein
- Uçucu yağlar
- Sabit yağlar
- Melatin
- Saporin
- Nigelin
- Tanen
- Xam lif
- Karbohidrat
- Likopen.
O, tərkibində olan B1, B2, B6 vitaminləri, amin turşuları, dəmir, kalsium, maqnezium, sink və seleniumla orqanizmin mineral balansının ödəmək qabiliyyətinə malikdir. Qara zirə və ya çörəkotu toxumundan hazırlanan müxtəlif ekstratlar qurdqovucu, bakteriya və göbələk əleyhinə təsir göstərir.