Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitkilər yuxu gətirir

  • 2017.10.06 13:09
  • 27543 Baxış
 Bu bitkilər yuxu gətirir
Yuxusuzluq baş ağrısı, əsəbilik, diqqət əksikliyi və s. kimi problemlərin yaranmasına səbəb olur. Keyfiyyətsiz yuxu insanın ruhən sağlam olmasına da mənfi təsir göstərir.


Medicina.az-ın məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, bəzi bitkilərin yuxugətirici xüsusiyyəti var. Evinizdə yerləşdirə biləcəyiniz bu bitkilər sayəsində daha rahat yuxu yata bilərsiniz.


Lavanta – kosmetika sahəsində istifadə edilən lavanta çiçəyinin rahatlaşdırıcı qoxusu sayəsində stresi azaltdığı məlum olub. Yuxugətirici xüsusiyyəti ilə birgə ürək ritmini yavaşladaraq yuxuya getməyi asanlaşdırır.


Aloya – Amerikanın Milli Aviasiya və Kosmos İdarəsi (NASA) tərəfindən havanı ən yaxşı təmizləyən bitki olduğu təsdiqlənib. Oksigeni daha çox ətrafa yayaraq rahat nəfəs almağa kömək edir.


Yasəmən – xoş qoxusu ilə tanınır. Stresi azaldaraq insanı rahatlaşdırır.


Pişikotu – kökündən istehsal edilən çayı ilə yuxusuzluq, gərginlik kimi narahatlıqlara çarədir. Yaxşı yuxu üçün bu bitki növü yataq otağından əksik edilməməlidir.


Divar sarmaşığı – havadakı zərərli maddələrin 90 faizini 12 saat ərzində təmizləyir. Astma və allergiyadan əziyyət çəkən insanlara xüsusilə faydalıdır.