Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitkidən dünyada cəmi 5 ölkədə yetişdirilir - Biri Azərbaycandır

  • 2019.01.27 12:21
  • 9845 Baxış
Bu bitkidən dünyada cəmi 5 ölkədə yetişdirilir  - Biri Azərbaycandır

Lənkəranda 100 hektardan artıq sahədə nadir sitrus bitkisi olan hallabonq əkilib.


Bu barədə Trend-ə bildirilib ki, meyvənin yığım vaxtı digər sitrus bitkilərindən fərqlənir: "Cənub bölgəsində olan digər sitrus bitkiləri oktyabr-noyabr aylarında yığılsa da, hallabonq meyvəsinin yığımına dekabrın 25-dən sonra başlanır və yığım 1 ay davam edir.


2016-cı ildə 15 hektar ərazidən 10-12 ton məhsul yığılmışdı. 2017-ci ildə isə əlavə olaraq 18,7 hektar, digər sahədə isə 15,3 hektar hallabonq əkilib. Bu il isə həm sahə çoxdur, həm də məhsuldarlıq".


Qeyd edək ki, "hallabonq" və ya "dekopon" adlandırılan nadir sitrus bitkisi dünyada cəmi 5 ölkədə, o cümlədən Azərbaycanda yetişdirilir.


Meyvənin vətəni Yaponiyadır. Yaponiyadan sonra bu bitki Cənubi Koreyada əkilib. Daha sonra bu meyvənin Amerika Birləşmiş Ştatları və Braziliyada yetişdirilməsinə başlanıb.


Meyvə 2015-ci ildə Azərbaycana gətirilərək Lənkəranda əkilib. Həmin il Lənkəranda 15 hektar sahədə hallabonq əkilib və müsbət nəticə əldə olunub.


Hallabonqun çəkisi 350-400 qram arası dəyişir, forması armudvaridir.