Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitki şəkəri 60% salır. - Diabet xəstələri içsin

  • 2022.09.27 17:50
  • 4276 Baxış
 Bu bitki şəkəri 60% salır.  - Diabet xəstələri içsin



Çobanyastığı bitkisi şəkəri 60% salır.

"Medicina" xəbər verir ki, həkim nutrisoloq İqor Strokov şəkər xəstələrinin rasionuna çobanyastığı əlavə etməyin faydalarından danışıb.

Çobanyastığının metobolik marker və diabetin ağırlaşmasına təsiri heyvanlar və insanlar üzərində elmi araşdırmalarla sübut olunub.

"Heyvanlar üzərində tədqiqat göstərib ki, çobanyastığı ekstraktından sonra qanda şəkərin azalması 14-59% müşahidə edilib.

Digər tədqiqatda, şəkər xəstələri gündə 3 dəfə hər dəfə bir fincan çobanyastığı çayı qəbul ediblər.

8 həftədən sonra onlarda şəkər, insulin və insulin dirənçi göstəriciləri 11% aşağı düşüb.

Ona görə də şəkər xəstələri gündə 2-3 fincan çobanyastığı çayı içı bilərlər.

Doza 150 ml isti suya 3 qram bitkidir.
Çox olmaz".


Aygün Musayeva