Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitki əvəzsiz pəhriz qidasıdır - Gərginliyi aradan qaldırır

  • 2017.11.20 11:10
  • 25900 Baxış
Bu bitki əvəzsiz pəhriz qidasıdır -  Gərginliyi aradan qaldırır
Dəniz kələminin tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir. Tərkibindəki bu qiymətli mikroelementlərə, vitaminlərə görə o, bütün bitki və heyvan mənşəli qidalardan daha faydalıdır. Ona görə də bu faydalı qida məhsulunu təkcə dəniz kənarında yerləşən ölkələrin əhalisi deyil, dünyanın əksər yerlərində insanlar ondan sağlamlıq üçün faydalı olan müxtəlif xörəklər hazırlayır, dəniz kələmini çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyirlər.

 

Medicina.az modern.az-a istinadən dəniz kələminin faydaları haqqında yazını təqdim edir.

 

Dəniz kələmi əvəzsiz pəhriz qidasıdır. Əsasən aterosklerozun, hipertoniyanın, raxitin, qalxanvari vəzin müalicəsi və profilaktikası zamanı istifadə edilir.

 

O, maddələr mübadiləsini yaxşılaşdırır, radioaktiv maddələrin xaric edilməsinə yaxşı təsir göstərir, bağırsağın işini sürətləndirir.

 

Ateroskleroz, maddələr mübadiləsinin pozğunluğu, mədə-bağırsaq xəstəlikləri zamanı gündə hər dəfə 2 çay qaşığı olmaqla qurudulmuş, yaxud da 5 xörək qaşığı olmaqla təzə dəniz kələmi yeyin. Şorabaya duz əvəzinə döyülmüş dəniz kələmi də tökə bilərsiniz.

 

Osteoxondroz zamanı isti suya (50 dərəcəlik) 1 stəkan quru dəniz kələmi töküb 30 dəqiqə saxlayın. İslanmış kütləni salfet üzərində 2 sm qalınlığında yaxın, ağrıyan nahiyəyə qoyun, üstündən politilenlə örtün, tənziflə bağlayın və yun parça ilə sarıyın. Kompresi 5 saatdan az olmayaraq saxlayın. Müalicə 7-10 proseduradan ibarətdir.

 

Başgicəllənməsi zamanı hər gün nahardan əvvəl 1 çay qaşığı xırda doğranmış dəniz kələmi yeyin.

 

Qəbizlik zamanı gündə 2 dəfə yemək zamanı toz halına salınmış 1 çay qaşığı dəniz kələmi qurusunu su ilə qəbul edin.

 

Yaddaşın möhkəmlənməsi üçün hər gün 1 çay qaşığı dəniz kələmi tozu qəbul edin və yaxud 2 xörək qaşığı təzə və ya konservləşdirilmiş dəniz kələmi yeyin.

 

İmmunitet zəifliyi zamanı axşam şüşə bankanı qurudulmuş dəniz kələmi ilə doldurub üstündən qaynanmış soyuq su tökün, səhərə qədər saxlayın. Səhər bankanın ağzını möhkəm bağlayıb soyuducuya qoyun. Gündə iki dəfə, səhər və axşam yeməyindən əvvəl 1 çay qaşığı için.

 

Müntəzəm olaraq az miqdarda dəniz kələmindən istifadə etmək orqanizmin ümumi tonusuna müsbət təsir göstərir.

 

Dəniz kələmi cinsi fəaliyyətin normallaşdırılması üçün də ən yaxşı vasitələrdən biridir.

 

Tərkibində 40-dan artıq vitamin olan dəniz kələmi orqanizmin sinir sisteminin normal fəaliyyəti üçün olduqca faydalıdır. O zehni və fiziki gərginliyi aradan qaldırır.

 

Digər qida məhsulları kimi dəniz kələmindən də qədərində istifadə etmək lazımdır.