Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu bitki evdə nəm və kifi yox edir - FOTO

  • 2025.01.08 15:11
  • 832 Baxış
Bu bitki evdə nəm və kifi yox edir -  FOTO
Evlərdə tez-tez rast gəlinən nəmlik və kif təkcə estetik baxımdan deyil, sağlamlıq baxımından da ciddi problemlərə yol açır.


Medicina.az xəbər verir ki, xüsusilə rütubətli və havasız mühitlərdə artan kif allergiya, astma və tənəffüs yolu infeksiyaları kimi xəstəlikləri də səbəb ola bilər.

Ancaq bu problemin öhdəsindən gəlmək göründüyü qədər çətin deyil.

Rütubət və kif problemləri ilə mübarizə aparmağın ən təbii yollarından biri divar sarmaşığı yetişdirməkdir.




Bu bitki ətraf mühitin havasını təmizləyir, rütubəti tarazlaşdırır və kifin artmasını azaldır.

Araşdırmalar rütubətli yerlərdə sarmaşıqların təsirinin kifayət qədər yüksək olduğunu ortaya qoyur.

Günəş işığını sevən bu bitkini evinizin bir küncünə yerləşdirməklə həm sağlam atmosfer yarada, həm də qəşəng dekorasiya əldə edə bilərsiniz.

Aygün Nəbiyeva
Medicina.az