Bədəndəki yağlardan, ödemdən xilas olmaq üçün kəklikotundan yararlana bilərsiniz.
Bakupost.az xəbər verir ki, kəklikotu orqanizm üçün çox müalicəvi bir bitkidir. Onun suyunu içməklə maddələr mübadiləsini sürətləndirə bilərsiniz. Bununla da, bədəninizdəki yağları yandırmış olarsınız. Pəhriz, idman və kəklikotu suyu içməklə 1 aya arıqlamaq mümkündür.
Müntəzəm olaraq qəbulu hüceyrələrin bərpasını dəstəkləyir, mikrobların orqanizmdən çıxarılmasını təmin edir. Qəbizliyi və şişkinliyi aradan qaldıran kəklikotu suyu bədəndə yığılan ödemi də yox edir. Açıq yaralarda antiseptik kimi istifadə etmək olar. Ağız və diş əti sağlamlığını qoruyur.
DAHA ÇOX YAĞ YANDIRIR
Bağırsaq hərəkətlərini tənzimləyən kəklikotu suyu həzm sisteminin işini dəstəkləyir.
Mütəmadi olaraq qəbul edildikdə yavaşlayan maddələr mübadiləsini idarə edir. Omba, bel və ayaq nahiyəsində yığılan piyləri yandırır.
Tərkibində yüksək miqdarda antioksidan olan kəklikotu suyu bədəndə yığılan yağları enerjiyə çevirir. Bu şəkildə arıqlama prosesinizi sürətləndirir.
QEYD: Yalnız kəklikotu suyu içməklə arıqlaya biləcəyinizi düşünməyin. Arıqlamaq üçün pəhriz və idman proqramına riayət etməlisiniz. Kəklikotu suyu içərək arıqlamağa dəstək ola bilərsiniz.
Evdə hazırlanması:
Kiçik bir qazana 2 stəkan su və 3 ədəd təzə kəklikotu əlavə edin.
Suyu qaynadın.
Qaynadıqdan sonra bir qədər soyumasını gözləyib içə bilərsiniz.
Dadı sizin üçün çox acıdırsa, ona bir dilim limon əlavə edə bilərsiniz.
Gündə yalnız 1 stəkan kəklikotu suyu içmək orqanizminiz üçün kifayətdir. Kəklikotu suyu heç vaxt yeməkdən dərhal əvvəl içilməməli, yeməkdən ən az 30 dəqiqə və ya 1 saat əvvəl içilməlidir.
Əgər xroniki sağlamlıq probleminiz varsa, içməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşməlisiniz.