Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu BAD və vitaminlərin qəbulu xərçəng yarada bilər

  • 2022.10.04 14:47
  • 2496 Baxış
Bu BAD və vitaminlərin qəbulu xərçəng  yarada bilər


Həkimlər özbaşına vitamin və qida əlavələrinin qəbulunun bir neçə növ xərçəng əmələ gətirə biləcəyini deyib.


"Medicina" xəbər verir ki, alimlər 14 elmi araşdırmanın nəticələrini analiz ediblər.


Cancer Research UK. onkoloqları bildirir ki, vitamin əlavələri 5 növ xərçəngi artırır.
Onların elmi işi Lancet dərgisində çap olunub.

Eskpertlər xüsusi ilə təhlükəli 5 vitaminin adını çəkib: bunlar beta karotin, A, C, E vitaminləri və selendir.
Əslində bu vitaminlər antioksidant təsiri ilə antixərçəng kimi qeyd olunur.

Lakin alimlər deyir ki, bu əlavələr xərçəngin qarşısını almır, əksinə qida borusu, mədə, bağırsaq, mədəaltı vəz və qaraciyər xərçəngini artırır.

Aparılan təcrübələr göstərib ki, selen, E və C vitamini prostat xərçəngi riskini də azaltmır.
Ümumiyyətlə vitamin əlavələri xərçəngin profilaktikasında rol oynamır.

Çox siqaret çəkənlər və qaraciyər hepatitləri olanlar əksinə bu vitaminlərin təsiri altında daha çox xərçəng olur.

Aygün Musayeva