Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu ay 16 nəfər qidadan zəhərlənib

  • 2022.05.24 16:32
  • 1509 Baxış
Bu ay 16 nəfər qidadan  zəhərlənib
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə may ayı ərzində tək qida zəhərlənməsindən 16 nəfər müraciət edib.

Medicina.az xəbər verir ki, bu barədə şöbə müdiri Azər Maqsudov məlumat verib.

Onun sözlərinə görə, əsas zəhərlənmələr meyvə və tərəvəz məhsulları ilə qidalanmadan baş verir: “Buna səbəb isə meyvə və tərəvəz məhsullarına verilən gübrənin tərkibində nitratların və nitritlərin çox olmasıdır. Bu cür zəhərlənmə hallarında vətəndaşlar əsasən mədə nahiyyəsində olan ağrılardan, köpdən, ürəkbulanmadan, qusmadan, baş gicəllənmədən, ümumi zəiflikdən və ishaldan şikayətlənir. Belə hallarla qarşılaşdıqda mütləq həkimə müraciət edin”.