Bəzi ağrıkəsicilərin insan sağlamlığı üçün həddindən çox təhlükəsi aşkarlanıb.
Medicina.az xəbər verir ki, Tayvandlı bioloqlar ağrıkəsicilərlə bağlı araşdırmalar aparıblar.
Tədqiqatda 56 min insan iştirak edib. Nəticədə ibuprofen, diklofenak, naproksen, selekoksiba, mefamin turşusunun daha çox əks təsirləri aşkarlanıb.
Məlum olub ki, ibuprofen hər 305 nəfərdən birində ürək çatışmazlığına yol açır. Selekoksibin qəbulu zamanı isə hər 105 nəfərdən birində anoloji fəsad izlənilib.
Statistika göstərir ki, diklofenakın qəbulu hər 245 nəfərdən birində insult və ya ürək çatışmazlığına səbəb olur. Naproksendə isə analoji təsirlər 1/214 nisbətində olub.
Ağrıkəsicilər arasında ürək üçün ən az ziyan mefamin turşusunda qeydə alınıb. Sözü gedən dərmanı qəbul edən 394 xəstədən yalnız birində insult və ya ürək çatışmazlığı müşahidə olunub.