Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu antibiotiklər ürəkdə problemlər yaradır – ALİMLƏR

  • 2019.12.02 17:41
  • 4942 Baxış
 Bu antibiotiklər ürəkdə problemlər yaradır –  ALİMLƏR

Ftorxinolon sinfinə aid antibiotiklər ürəkdə aortal və mitral qapaq problemləri yaradır, eləcə də ürəkdən geri dönən qan dövranını 2,4 dəfə pozur.

Medicina.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin alimləri araşdırmalarının nəticələrində elan ediblər.
Məlum olub ki, ftorxinolon sinfindən antibiotiklərin qəbilu aortanın laylanmasına səbəb olur.

Son illər məhz bu sinifdən olan Çiprofloksasinin təyinatına həkimlər daha çox önəm verir.
“ Siz xəstəyə antibiotik təyin edib, evə göndərə bilərsiz. Bu çox rahat müalicədir. Amma çox hallarda bəzi xırda infeksiyalarda bu antibiotiklər lazım olmur. Əvəzində xəstədə həm antibiotik rezisdentlik, həm də ciddi ürək problemləri yaranır – deyə almi rəhbər bildirir.

Tədqiqatda alimlər bir neçə qrup antibiotiklərin: ftorxinolonlar, amoksitsilln, azitromitsinin ürəyə təsirini yoxlayıblar.

125 min pasiyent içərisində 12 505 ürək qapaq problemi xəstə aşkarlayıblar.

Məlum olub ki, aortal və mitral qapaq problemi hazırda və çox da uzaq olmayan dövrdə 15 gün müddətində bu qrup antibiotiki qəbul edənlərdə çox rastlanıb.