Relpax adlı miqren dərmanının son partiyalarında bakteriya çirklənməsi aşkarlandığı üçün Pfizer farmakoloji kompaniyası onu geri çağırır.
Medicina.az xəbər verir ki, Pseudomonas və Burkholderia adlı bakteriyalarla zədələndiyi üçün dərman bağırsaqlara düşərək, xəstəni yoluxdura bilər.
Hələ ki, konkret pasiyentlərdən şikayətlər daxil olmasa da, şirkət iyun-iyul ayında satışa çıxarılmış partiyaları geri çağırır. Eləcə də xəstələrə elan edir ki, həmin aylarda aldıqları dərmanları geri qaytarsınlar və qəbulunu dayandırsınlar.