Son altı ayda bu infeksiyanın istənilən klinik formasını keçirmiş şəxslər bu proseduradan azaddır (qoruyucu antitellər 6 yox, 8 aya sıfırlandığından, mənim fikrimcə bu müddət 8 ay olmalıdır; yəni son olaraq bu infeksiyanı keçən il may ayında keçirən şəxslər; nəzərə alsaq ki ölkəmizdə keçən il may ayına qədər kütləvi yoluxma olmayıb).
Medicina.az xəbər verir ki, professor, ATU Farmakologiya kafedrasının müdiri Musa Qəniyev peyvəndlərin kimlərə əks göstəriş olduğunu açqlayıb.
"COVID-19 əleyhinə peyvəndlərin klinik sınağının 3-cü mərhələsi başa çatmadığı və IV mərhələsinə başlanılmadığından, terotogen, mutogen, konserogen və embriotoksik təsirləri öyrənilmədiyi, eləcə də istənilən peyvəndlərin lipofil təbiətli olmasını nəzərə alaraq, onun uşaqlara, hamilə qadınlara və südəmizdirən analara vurulması yolverilməzdir və əks göstərişdir.
İstənilən kəskin nozoloji xəstəliyə tutulmuş, eləcə də uzunmüddətli xroniki iltihabi proses və ya autoimmun xəstəliklərdən əziyyət çəkən şəxslərə COVID 19 əleyhinə peyvənd vurulması məsləhət deyildir.
Ölkəmizdə Sinovac şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. Bu peyvənd klassik yolla, yəni inaktivləşdirilmiş virus kulturasından alınır. Odur ki, enzim patologiyası olan məhdud sayda insanlar nəzərə alınmasa, heç bir ciddi və təcili müdaxilə tələb edən əlavə effektlərə və ya qeyri-spesifik təsirlərə malik ola bilməz”.