Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu adamlar yemişdən uzaq durmalıdır

  • 2021.07.30 15:49
  • 2478 Baxış
Bu adamlar yemişdən uzaq durmalıdır

Dietoloq Olqa Korableva yemişin fəsadlarından danışıb.

Medicina.az xəbər verir ki, mütəxəssis qovunun az kalorili olmasına baxmayaraq, həzmi çətin bir məhsul olduğunu bildirib.

“100 qram məhsul təxminən 35 kilokaloridir. Qovun acqarına və ya meyvələr də daxil olmaqla digər qidalarla yeyilməməlidir, çünki bu qaz və ya ishala səbəb ola bilər. Ən yaxşısı yeməkdən sonra bir saat gözləyin və sonra yeyin”, - o, qeyd edib.

Dietoloqun sözlərinə görə, qastrit, kəskin pankreatit (mədəaltı vəzin iltihabı), xolesistit (öd kisəsinin iltihabı), qastritin kəskinləşməsi olanların bu bostan bitkisindən uzaq durmasında fayda var. /publika.az/