Qastroskopiya çox insanların kabusu, qorxduğu prosedurdur. Amma hazırda bu müayinə ağrısız, narkoz altında aparılır.
"Medicina" xəbər verir ki, onkoloq Karasev qastroskopiyaya təcili göstəriş olan 6 əlaməti açıqlayıb.
- Yeməkdən sonra və acqarına mədədə ağrılar
- Bitməyən qıcqırma
- Ürəkbulanma, qusma
- Epiqastral nahiyədə kəskin ağrı- sağ qabırğa nahiyəsinə yayılan
- Qanlı qusma
- Qara nəcis
- Qanazlığı, hemoqlobinin düşməsi
- Səbəbsiz sürətli arıqlama
Bir çoxları bu siqnalları dərmanla söndürür, keçəcəyini düşünür.
Amma qastroskopiya nə qədər tez olunsa, düzgün müalicə başlayar.
Hətta qastroskopiyaya həzm sistemində heç bir şikayət olmasa da 3 ildən bir getmək lazımdır. Çünki şiş çox zaman ağrı vermir.
Aygün Musayeva