Rusiya Səhiyyə Nazirliyi ölkə üzrə koronavirus pandemiyası ilə mübarizədə müalicə protokollarını müntəzəm olaraq açıqlayır, daha effektiv dərman vasitələrini daxil edir və tövsiyələrini açıq bəyan edir.
Medicina.az xəbər verir ki, nazirliyin metodiki tövsiyələrində artıq koronavirusun müalicəsində tətbiq oluna biləcək 6 dərman preparatının adını açıqlayıb.
Bunlar xloroxin, hidroksixloroxin, lopinavir, ritonavir, azitromisin (kombinasiyada), interferonlardır.
Daha 3 preparat da kliniki sınaqdadır.