Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 5 tip insandan uzaq durmağınız məsləhətdir

  • 2025.02.19 19:15
  • 393 Baxış
Bu 5 tip insandan uzaq durmağınız məsləhətdir

Bəzi insanlarla ünsiyyət, dostluq mənfi emosiyalara (qəzəb, ümidsizlik, melanxolik) səbəb olur, əhval-ruhiyyəni korlayır. Bu, zəhərli, toksiki bir insanla təmasda olduğunun əlamətidir.


“Medicina” xəbər verir ki, psixiatr belə insanların beş tipini xüsusilə sadalayıb.

Əlbəttə ki, belə bir insanla ünsiyyəti tamamilə dayandırmaq çətin olacaq, ancaq öz yaxşılığınız üçün heç olmasa əlaqələri minimuma endirməyə çalışın.


1. Tənqidçi

Hərəkətinizdə və qərarlarınızda səhvlər görür, sizin davranışlarınızı, geyim tərzinizi, ictimaiyyət arasında davranışınıxı daim tənqid edir. Tənqidçinin yanında olanda özünü həmişə dəyərsiz, təbiətin səhvi hiss edirsən. Nə qədər çalışsan da, heç vaxt yaxşı bir şey əldə edə bilməzsən.

Eyni zamanda tənqidçi ancaq danlayır, amma məsləhət vermir, kömək etmir.
O, kömək etmək əvəzinə sizi danlayır, bir insan olaraq sizi sıxışdırır, eyni zamanda, sizin hesabına özünü təsdiqləyir.

2. Passiv təcavüzkar

Bu şəxs sizə narazılığını göstərişlər, boşluqlar, susqunluqlar və ya digər üstüörtülü siqnallarla ifadə edir. İstəklərindən, narazılıqlarından heç vaxt birbaşa danışmır. Bunu özünüz başa düşməli və düzəltməlisiniz.

O, tapmacalarla suallara cavab verir: “Bunu özün görmürsən?” və "Sən nə düşünürsən?" Yaxud qurban kimi cavab verir: “Eybi yoxdur, incimirəm”.
Eyni zamanda, passiv təcavüzkar sizin günahkar olduğunuzu nümayiş etdirərək məsafəni qorumağa davam edir.

Onun həqiqətən nə düşündüyünü, niyə qəzəbləndiyini daim öyrənməli olacaqsınız. Ömrünüzün yarısını passiv aqressiv bir insanın davranışının məntiqini anlamağa sərf edə bilərsiniz.

3. Narsist

Bu insan həmişə diqqət mərkəzində olmaq istəyir. O, hər şey haqqında hər şeyi bilir, hər şeyin ən yaxşısıdır və hər dəqiqə bunu xatırlatmaqdan çəkinmir.

Özünüz ağıllı və uğurlu insan olsanız belə, onun yanında həmişə köməkçi rol oynayacaqsınız.

Narsist daima başqalarına yuxarıdan aşağı baxır. Hətta onunla rəqabət etmək istəyə bilərsiniz, amma bu mənasız bir məşqdir. O, hər zaman emosiyalarına sərbəstlik verir, özünə inamı aşağı olduğu üçün içində yığılan qəzəbi və nifrətini sıçrayır. Belə vəziyyətlərdə narsistlər ətrafındakı hər kəsi məhv etməyə hazırdırlar.

4. Daş, lal divar

Bu şəxs özünü sənin dostun adlandıra bilər. Ancaq problemlər yarandıqda hisslərini bölüşməkdən imtina edir. Daim birbaşa suallardan qaçır və buna görə də özünüzü yaxın ünsiyyətə layiq olmadığınızı hiss edirsiniz.
O, ümumiyyətlə, nəsə deməyə ehtiyac olmadığını düşünür.

5. Antisosial

Belə bir insanın davranışı həm sosiopatın xüsusiyyətlərini (aqressivlik və gözlənilməzlik), həm də psixopat meyllərini (tövbə və empatiya göstərə bilməmək, öz maraqları üçün başqalarından istifadə etmək, tamahkarlıq, qisasçılıq) nümayiş etdirir. Antisosial şəxsiyyət, məqsədlərinə çatmaq və vəziyyəti idarə etmək üçün digər insanların emosiyaları ilə oynayan psixoloji buqələmundur.


Aygün Musayeva