Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 5 ağrıya dözmək olmaz – Səbəbi tapın

  • 2023.04.18 16:10
  • 1739 Baxış
Bu 5 ağrıya dözmək olmaz  – Səbəbi tapın
Bədənin müxtəlif hissələrində davamlı ağrılar təhlükəli daxili problemlərin xəbərçisi hesab edilə bilər.

“Medicina” xəbər verir ki, nir çox insan müxtəlif bədən ağrıları ilə qarşılaşdıqda, onları görməməzlikdən gəlirlər. Yaxud da apteklərdə satılan reseptsiz ağrıkəsicilərlə onların qarşısını almağa çalışırlar.

Mütəxəssislərin sözlərinə görə, ağrının vəziyyətlərinə məhəl qoymamaq ciddi nəticələrə və hətta ölümə gətirib çıxarda bilər.

Sinə ağrısı zamanı sinənin arxa və ön hissəsində yayılan ağrılar müxtəlif patalogiyalardan qaynaqlana bilər. Sinə ağrısı küt və kəskin, sıxıcı və ya yandırıcı ola bilər. Bu ağrı bir neçə dəqiqə və ya bir neçə saat, bəzi hallarda isə aylarla davam edə bilər.

Bəs sinə ağrısınsa səbəb nə ola bilər?

• Koronar ürək xəstəliyi.
• Koronar arteriyanın disseksiyası.
• Perikardit

• Hipertrofik kardiyomiyopatiya.
• Aorta diseksiyası.
• Aorta anevrizması.
• Mitral qapaq prolapsusu.
• Ürək böhranı.

• Turşu reflüks, mədə.
• Ağciyər problemləri, o cümlədən pnevmoniya, tromboemboliya.

Qarında ağrı simptomu mədə pozğunluğu və ya daha ciddi sağlamlıq problemləri, o cümlədən pankreatit, appendisit, mədə və pankreas xərçəngi, miokard infarktı kimi özünü göstərə bilər.

Bel ağrısı ən azı iki həftə davam edərsə, həkimlər mütəxəssislərlə əlaqə saxlamağı məsləhət görürlər. Bu vəziyyətin səbəbləri fəqərəarası yırtıq, fəqərələrdə sınıqlar və çatlar, həmçinin böyrək xəstəliyi və ya sidik kisəsinin disfunksiyası ola bilər.

Baş ağrısının təhlükəli amillərindən danışarkən, həkimlər yüksək təzyiq (hipertoniya), beyin qanaması, şişlər adlandırırlar.

Ayaqlarda ağrı adətən bel ağrısı ilə əlaqələndirilə. Hərəkəе zamanı güclənən və ya hərəkəti çətinləşdirən ayaqdakı hər hansı bir ağrı ola bilər. Məsələn, ayağınızı qaldıra bilməsəz, mütləq bir mütəxəssis tərəfindən yoxlanılmalıdır. Ən təhlükəli ağrı növlərindən biri ayaqların şişməsi və qızartı ilə birlikdə baş verən ağrılardır. Bu trombun meydana gəlməsini göstərə bilər.

Günay Quliyeva