Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 4 qidanın çatışmaması baş ağrıları yaradır – Səbəbi tapmasaz, dərman kömək etməyəcək

  • 2018.10.29 19:23
  • 41592 Baxış
Bu 4 qidanın çatışmaması baş ağrıları yaradır –  Səbəbi tapmasaz, dərman kömək etməyəcək
Alimlər bu 4 maddənin baş ağrıları, xüsusən insanları cənginə alan miqrenə səbəb olduğunu üzə çıxarıb. Düzgün qidalanmamaq səbəbindən orqanizmdə 4 qrup maddənin defisiti miqren və baş ağrılarına gətirib çıxarır.


Medicina.az həmin dördlüyü təqdim edir:


1.Fol turşusu və B12 vitamini


Orqanizmdə bu maddələrin çatışmaması yüksək qıcıq, dağınıqlıq, əsəbilik gətirir. Burda da stresə qaynaqlı baş ağrıları olur. Maraqlıdır ki, baş ağrısı üçün aspirin qəbulu fol turşusu və B12-ni azaldır. Ona görə aspirin elə də effektiv deyil. Əksinə, qan analizi ilə bu turşu və vitaminin əskikliyini təyin edib, onlarla zəngin qidalar seçin. İspanaq, avokado, çuğundur, balqabaq, kök, yumurta yeyin.


2.Mis və dəmir defisiti


Daha çox qadınlarda bu defisit çoxdur, anemiya, hipotoniya, miqren və halsızlıq, depresisya verir. Lobya, noxud, qoz, keçi pendiri, avokado, göyərti, küncüt, dəniz kələmi, alma, qaraciyər yeməklə bu defisiti azaldıb, baş ağrına çarə edə bilərsiz



3.B 6 vitamini – damar problemlərinin birinci səbəbkarıdır. Əgər orqanizmdə B6 çatışmırsa, baş beyin damarları yaxşı işləməyəcək, burdan da spazm xarakterli ağrılar başlayacaq. 


Təzə tərəvəzlər, paxlalılar, buğda, lobya, qorox, qaraciyər çox yeyin. Ümumiyyətlə damarlar üçün lazımlı qidaları seçin.


 


4.Vitamin D


Çox bəlaların kökündə dayanır. Günəş işığından təbii olaraq sintez olunur. Amma qışda və daha çox qapalı otaqda oturanlarda çatışmadığından defisit özünü halsızlıq, nevroz və baş ağrısı ilə göstərir.

 

D vitamin yumurta, paxlalılar, dəniz məhsulları, süd məhsullarında var. Çalışın qışda da gündüz saat 11-14:00 arası heç olmasa açıq havada gəzəsiz. 


Baş ağrıları və miqreni bitki yağları, aromatepiya da sakitləşdirir. Yuxarıda adı çəkilən meyvə, bitkilərin efir yağlarını alıb, evdə yandırmaqla da baş ağrısını kəsə bilərsiz

Bu 4 qidanın çatışmaması baş ağrıları yaradır –  Səbəbi tapmasaz, dərman kömək etməyəcək