Stress və zəif, zərərli qidalanma insanda yuxusuzluğa səbəb olur.
“Medicina” xəbər verir ki, mütəxəssislərin fikrincə qidalanma ilə yuxunu qaydaya salmaq olar.
Qida immun sistemimizə demək olar ki, nəzarət edir.
Pendir, qızılbalıq, badam və albalı (vişnə) yuxusuzluq problemlərinə son qoya bilər.
Belə ki, pendirdə çoxlu sayda triptofan var, bu da rahatlamağa və yuxululuq hissinin yaranmasına kömək edir.
Qızıl balıq omeqa-3 ilə zəngindir. Bu turşu yuxu problemlərini həll etməyə kömək edir. Yeri gəlmişkən, qızılbalığı tuna, sardina və ya skumbriya ilə əvəz edə bilərsiniz.
Badam kalsium və maqnezium mənbəyidir, yuxunun keyfiyyətinə təsir edən minerallardır.
Albalı yaxud vişnə kimi tanıdığımız meyvə melatonin mənbəyidir. Həftədə iki stəkan turş suyu nəzərəçarpacaq təsir göstərir. Siz adi haldan 90 dəqiqə daha çox yatarsınız.
Aygün Musayeva