Bir çoxumuz qidaları soyuducuda saxlamağın sağlamlıq üçün daha faydalı olduğunu düşünürük. Soyuducular yeməklərimizi soyuq və təzə saxlayır. Lakin hər qidanı soyuducuda mühafizə etmək ən böyük səhviniz ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi qidalar toksik maddəyə çevrilmə potensialına görə soyuducuya qoyulmağa uyğun deyil.
Bağırsaq sağlamlığı üzrə mütəxəssis Dr. Dimpl Cenqda, xüsusilə də dörd qidanın soyuducuda "zəhərə çevrildiyini" deyir.
Həmin qidalar bunlardır:
Sarımsaq
Soğan
Zəncəfil kökü
Düyü
Dr.Dimpl Cenqda bildirir ki, bir çox insan yarım soğanı və ya bişmiş düyünü soyuducuda saxlayır. Halbuki, bu qidalar çox tez küflənməyə meyillidirlər. Onları soyuducuda saxlamaq heç ağlınıza gəlməyəcək sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Onun sözlərinə görə, soyuducuda saxlanılmış bu 4 qidanı yemək böyrək və qaraciyər çatışmazlığına, hətta xərçəngə belə səbəb ola bilər.