Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 4 nahiyəni günəşdən qorumağı hamı unudur – Xərçəng riski

  • 2024.07.12 19:33
  • 1148 Baxış
Bu 4 nahiyəni günəşdən qorumağı hamı unudur –  Xərçəng riski
Günəşdən qoruyucu vasitələrdən istifadə edənlərin sayında son illərdə böyük artım var. Buna baxmayaraq, dermatoloqlar bir çox insanın dəri xərçənginə meyilli dörd əsas nahiyəyə günəşdən qoruyucu losyon çəkməyi unutduqlarını bildirirlər.

Medicina.az xəbər verir ki, Harvard Universitetinin dermatoloqu Dr. Nira Nathan bu barədə xəbərdarlıq edib.

O bildirib ki, müntəzəm olaraq günəşdən qoruyucu vasitələrdən istifadə edən bir çox insan qulaq, boyun, baş dərisi və əllər kimi günəşə birbaşa məruz qalan yerləri qorumağı unudur.

“İnsanların çoxu üzünə günəş kremi çəkir, lakin riskli bölgələri unutduğunun fərqinə varmır”, - dermatoloq qeyd edib.

Digər bir dermatoloq Dr. Devid Kim də bununla razılaşır və deyir ki, günəş kremindən istifadə etmədən açıq havada məşq edən idmançıların qulaqlarında tez-tez dəri xərçəngi aşkar edildiyinə şahid olub.

Dermatoloqların bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanlar xüsusilə baş dərisini qorumağın ağıllarına belə gəlmədiyini bildiriblər.

Qeyd edək ki, dəri xərçəngi bədənin hər yerində, hətta günəşə məruz qalmayan nahiyələrdə də yarana bilər. Hüceyrələrə zərər verən ultrabənövşəyi şüalara tez-tez, birbaşa məruz qalmaq isə xərçəngə səbəb olan mutasiyanın inkişaf riskini xeyli artırır.

Ümumdünya Xərçəng Araşdırmalarına görə, dəri xərçənglərinin 80 faizindən çoxu günəş şüaları nəticəsində yaranır.


Aysel