Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 4 içki insanı sürətlə qocaldır - Alimlər

  • 2022.11.15 15:10
  • 1991 Baxış
Bu 4 içki insanı sürətlə qocaldır  - Alimlər


Nə içdiyinizə fikir verin, ehtiyatlı olun, çünki müasir içkilərin çoxu insanı vaxtından əvvəl qocalda bilir.

"Medicina" xəbər verir ki, alimlər müasir insanların çox istifadə etdiyi içkilərin dərini vaxtından əvvəl qocaltdığını deyib

Dərini doymuş yağ turşuları, yüksək dozada şəkər, rafinə olunmuş qidalar, rənglər, konservantlar qocaldır.

Qazlı içkilər - dəri sağlamlığına zərərli ən öis içkidir. Süni dadlandırıcı, rəng və şəkərlə bol qazlı şirəli içkilər ürək-damarları zədələyir, artrit əmələ gətirir, sümükləri məhv edir.

Emal olunmuş meyvə şirələri - onlarda meyvə lətləri və liflər yoxdur, tərkibində konservantlar olduğu üçün orqanizmi qocaldır.

Alkoqol - spirtli içkilər, hətta çaxır və pivə də kollagenin düşmənidir. Kollagen dərinin tonusu və hamarlığına cavabdehdir.
Süni şirinləşdirilmiş içkilər - bağırsaq mikroflorasını dağıdır, nəticədə dəri qocalır.

Aygün Musayeva