Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 3 vitamin əlavəsi ağciyər xərçəngi əmələ gətirə bilər

  • 2022.10.06 13:58
  • 3430 Baxış
Bu 3 vitamin əlavəsi ağciyər xərçəngi    əmələ gətirə bilər


Bir neçə vitamin əlavəsi ağciyərlərə əks təsir edir.

"Medicina" xəbər verir ki, yeni elmi araşdırmaya görə beta karotin, retinol və lüteinin davamlı qəbulu bəzi insanlarda ağciyər xərçəngi riskini artırır.

"Biz uzun müddət, xüsusən kişilərə bu qida əlavələrini qəbul etməyi tövsiyə etmirik. Siqaret çəkənlərdə bu ağciyər xərçəngini artıra biər.

Bu 3 BAD xərçəngə qarşı təsirli deyil. Sağlamn qidalanma ilə bu maddələri təbii olaraq qəbul edə bilərsiz.

Beta karotin göz sağlamlığı üçün vacibdir. Eləcə də yaddaşı yaxşılaşdırır. O, balqabaq, kök, ispanaq,pomidor, bibər, brokkolodə var.

Retinol isə A vitaminidir, antioksidantdır. Raxit, hipotrofiya, bronxlar, sirrozda faydalıdır.
O daha çox kərə yağı, qaraciyər, mal əti və balıqda var".


Aygün Musayeva