Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 3 qidada olan maddə uzunömürlük genini aktivləşdirir

  • 2023.01.13 20:00
  • 2650 Baxış
Bu 3 qidada olan maddə uzunömürlük     genini aktivləşdirir

Uzunömürlülük genetikaya bağlıdır, ona çox faktorlar təsir edir. Əgər bu geni oyatsaz, o zaman orqanizm daha çox yaşamağa səfərbər olur.


“Medicina” xəbər verir ki, alimlər astaksantin adlı antioksidantın ömrü uzatmaqda rol oynadığını sübut edib.
Bu dəfə astaksantinin 3 mənbəyi tapılıb.

Təbii forma antioksidant dəniz yosunlarında yerləşir. Sintetik forma isə qida əlavələrindədir.
Tədqiqat göstərib ki, natural forma 14-90 dəfə daha çox antioksidant təsirinə malikdir.
Bu forma dəniz yosunları ilə yanaşı bəzi balıq və dəniz məhsullarında da var.

Krevet, krab və losos astaksantinin ən yaxşı mənbəyidir. Sutkalıq norma olan 3,6 mq astaksantin almaq üçün 165 qr bu məhsullardan gündə yemək lazımdır.

Siçanlar üzərində aparılan təcrübə göstərib ki, astaksantin onlarda FOXO3 genini aktivləşdirib.
Bu genin aktivləşməsi ürəyin dözümlülüyünü 90% artırıb.

FOXO3 geni qocalma əlamətləri ilə mübarizə aparan genləri sintez edən əsas tənzimləyicidir.
O, DNK və kök hüceyrələri də qoruyur.

Aygün Musayeva