Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 3 orqanın sağlam deyilsə, qazancın və işin az olacaq - İlginc bağlılıq

  • 2020.04.30 17:57
  • 16759 Baxış
Bu 3 orqanın sağlam deyilsə, qazancın və işin az olacaq   - İlginc bağlılıq

Bütün psixoloqlar və kouçinqlər deyir ki, beynində, başında hər şey qaydasındadırsa, yaxşı düşündükcə, o zaman həyatında uğur və yaxşı qazanc, iş əldə edəcəksən. Amma bir çoxları bu məsləhətə əməl etməyə çalışır, yenə də problemləri bitmir. Pul gəlmir,gəldiyi kimi də gedir.

Səbəb daxili orqanların düzgün işləməməsi və xəstə olmasıdır, xüsusən 3 orqan.

Çünki bu orqanlar beyinə təsir edir, insanın əhvalı, davranışı, fikirlərini və bundan qaynaqlanaraq enerjisini təmin edir.

Medicina.az xəbər verir ki, bu 3 orqan qaraciyər, ağciyərlər və öd kisəsidir.

Bu orqanlar təkcə həzm sistemi üçün yox, elektrik, energetik, və psixo emosional funksiyaları icra edir.

Məsələn, qaraciyər : yeni qazanc və iş imkanlarını tapıb, skan edib, insana çatdırmaq və bunları əldə etmək üçün yaradıcılıq, enerji, yüksəliş və planlama ilə məşğuldur.

Ağciyərlər – iş təklif edənlərlə asan dil tapmaq, sözünü, fikrini yaxşı çatdırmaq, lazım olmayan ideyaları, işləri qiymətləndirib, vaxtında uzaq durmaq, səsini çatdırmaq üçün lazımdır. Ağciyərlər yaxşı işləmədikdə, qan və oksigenlə təchiz olunmadıqda, hər hansı iltihabi xəstəlik və öskürək olduqda, həmin şəxs səsini,sözünü az eşitdirir, sinəsini bir qədər içəri qısıb, özünü daha yorğun göstərir, beyninə yaxşı oksigen getmədiyindən iş və tapşırıqları vaxtında analiz edə bilmir, informasiyanı tutmur. Danışdıqda öskürmək və ağır nəfəs almaq isə həmin insana qarşı etibarı azaldır.

Öd kisəsi – beynindəki iş, qazanc, layihələrə qəti qərar verib, reallaşdırmaq və pulla bağlı arzularınızı çin etmək üçün daxildən enerji verir. Pul işlərində fikrinizi cəmləməyə kömək edir. Öd kisəsi iltihablı, daşlı olan və yaxşı çalışmayan insanın qazancı az olur, əlinə gələn pullarla isə düzgün davrana bilmir, haqq –hesab işlərində çaşır və tez yorulur.

Bu 3 orqanı həm də bir maddi məsələ birləşdirir: qazanc və pullar.



Qaraciyər və ağciyərləri bloklanmış insan yaxşı qazanc imkanları, iş yeri, layihə və istədiyi maaşı tapa bilmir, ta ki, bu bloklar aradan qaldırılana kimi.

Uzun müddət qazancı, işi durğunlaşır, sanki bataqlıqda vurnuxurmuş kimi ömründən narazı yaşayır.

Belə adamlara vəd verib zəng etmirılər, istəklərini geri çevirirlər, sözünü dinləmirlər, ideyalarına şübhəli yanaşırlar, layiq olduğundan az pul təklif edirlər.

Ona görə də uğursuzluqlarda bəxtinizi qınamağa yox, bu 3 orqanı təmizləyib, normal işini bərpa etməklə məşğul olun. Ağciyərlər üçün tənəffüs gimnastikası edin. Xəstəlik varsa, müalicə olunun.


Aygün Musayeva