Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir - "Cancer Research"

  • 2022.11.25 16:56
  • 5112 Baxış
Bu 3 əlamət bağırsaqda şişin böyüdüyünü göstərir  - "Cancer Research"


Əgər siz tualetə tez-tez gedirsizsə, nəcisdə, unitazda qan görürsüzsə,bu bağırsağın hansısa sahəsində törəmənin böyüdüyünü göstərir.

Bakupost.az xəbər verir ki, Britaniyanın Cancer Research UK təşkilatı yoğun bağırsaqda poliplərin xərçəngə çevrildiyini bildirib.

“Bağırsaq xərçəngində əgər erkən diaqnoz olunarsa, 10 xəstədən 9-u 5 ilə qədər yaşayır.

Törəmə adətən qalın bağırsağı tutur, bu ən iri borulu orqandır, adətən şiş əvvəlcə bədxassəli olmayan poliplərdən yaranır.

Xərçəngin artıq bağırsaqda ölçücə böyüdüyünü göstərən 3 əlamət:

- Defekasiya – tualetə getmənin dəyişməsi – tez-tez getmə, uzun müddət tualetdə qalmaq, ishal, duru nəcis

- Tualetdə qan – adətən tünd olur, qaraya çalır.

- Qarında ağrı, şişkinlik, diskomfort

Eləcə də kəskin çəki itkisi, iştahsızlıq, yuxuda ağrı hissi, yedikdən sonra ağrı, yorğunluq da şübhələndirməlidir.

Aygün Musayeva