Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 2 yeni dərman infarkt və insultdan qoruyur - Amma çox bahalıdır

  • 2020.04.27 21:45
  • 14322 Baxış
Bu 2 yeni  dərman infarkt və insultdan qoruyur  - Amma çox bahalıdır

Tibdə damarları tıxayıb insulta, infarkta səbəb olan amillərdən biri xolesterinin səviyyəsini azaltmaq üçün və ateroskleroza qarşı statinlər adlanan preparatlardan istifadə olunur. Lakin statinlərin xəstələrə ciddi fəsadları da az deyil və alimlər illərdir buna görə narahatdır. Məsələn, çox və uzun müddət statin qəbul etdikdə, xəstədə diabet, əzələ ağrıları, böyrək çatışmazlığı yarana bilər.

Medicina.az xəbər verir ki, 2016-cı ildə yeni fərqli 2 dərman icad edildi ki, statinlərdən daha yaxşı və az riskli şəkildə xolesternin miqdarını azaldır. Bunlar Evolokumab və Alirokumab adlı preparatlardır.
Bu dərmanlar 70% hallarda müsbət effekt verib. Preparatlar həftədə 2 dəfə dərialtı yeridilir.
Dərmanların icadı və tərkibi təsadüfən baş verib.

Əslində,xolesterin hər bir insanda anadangəlmə var. Yaşlandıqca və ürək-damar problemlərinə meyillik olduqca onun miqdarı kəskin artır.

Çox az sayda insan var ki, onlarda xolesterol miqdarı 1,5 mmoldan yuxarı olmur, lap körpələrdəki kimi. Bu adamlar heç vaxt ürək-damar xəstəlikləri, insult, infarkt olmur. Genetik alimlər dərindən araşdırmada bu insanların genomunda mutasiyanın olmasını aşkarlayıblar. Məhz bu mutasiya pis xolesterini qanda məhv edir.


PCSK 9 fermenti reseptorların məhvini aktivləşdirir. Mutasiyası olan insnalarda bu ferment demək olar ki, yox idi. Ona görə alimlər elə bir dərman hazırladılar ki, mutasiyanın yaratdığı prosesi və effekti təkrarlasın.
Yeganə çatışmazlığı bahalı olmasıdır. Çox baha başa gələn bu dərmanın qiyməti 500-600 dollar arasıdır.
Bir çox ölkələr yüksək risk qrupunda olan xəstələr üçün bu dərmanları tibbi sığortaya və lqotlu satışına çalışır. Bunlar yüksək insult və infarkt riski olan insanlar və statinlərdən ağır fəsad görən diabet xəstələridir.


Əgər bu yaxında Rusiya farnakoloji şirkətləri bu dərmanların molekulunu özündə birləşdirən bir qədər ucuz başa gələn variantın istehsalına başlasalar, o zaman dərman bizim üçün də əlçatan ola bilər. Amma məsləhətimiz odur ki, qanında xolesterin düşməyən, aterosklerozu olan və infarkt keçirmiş və ya buna yaxın olan xəstələr öz kardioloqlarına bu dərmanların təyini ilə bağlı müraciət edib, sifarişlə də olsa preparatları gətirə bilərlər.