Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu 2 simptom vərəmi göstərir – Həkim

  • 2023.02.10 19:42
  • 2688 Baxış
Bu 2 simptom vərəmi göstərir  – Həkim


Həkim –terapevt İrina Doljkova vərəmin mümkün ilkin əlamətlərini açıqlayıb.

“Medicina” xəbər verir ki, terapevt xəstənin yaşı, sağlamlığı və zərərli vərdişlərindən asılı olaraq şikayətlərin fərqli olduğunu bildirib.

“Vərəm xəstəsi düşündüyünüz kimi, arıq, öskürərək ciyərindən qan gələn biri deyil. O, ilk başlar normal da görünə bilər.

Amma xəstədə iştahsızlıq, yuxululuq, zəiflik, yorğunluq varsa və ara-sıra hərarəti 37-ni keçirsə, deməli, ağciyərləri yoxlatmaq vacibdir.

Uşaqlarda, yeniyetmələrdə vərəm elə çəki itkisi və arıqlamaqla başlayır.

Eləcə də vərəm xəstəsinin üzündə cizgilər sərtləşir, çıxıntılaşır.

Nə qədər tez müalicə başlansa, bir o qədər şans var.
Vərəmə istənilən yaşda, yerdə yoluxa bilərsiz.

Çox yüksək yoluxuculuğu var. Yaşlılar, zəif immuniteti olanlar, diabetlər xüsusilə təhlükədədir”.

Aygün Musayeva