İspaniya və İtaliyada aparılan araşdırmalar iki məşhur məhsulun gündəlik qida rasionuna daxil edilməsinin vacibliyini sübut edib.
“Medicina” xəbər verir ki, bunlar düşünülən kimi ət, tərəvəz yox, zeytun və tünd qara şokoladdır.
Barselona Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, zeytun qabığının tərkibində maslin turşusu var və o xərçəng əleyhinə maddə kimi təsirlidir.
İspan alimlərinin fikrincə, zeytunun müntəzəm istifadəsi insana bağırsaq xərçəngi, eləcə də döş xərçəngi təhlükəsi ilə mübarizə aparmağa kömək edir.
Öz növbəsində, L'Aquila Universitetinin italyan tədqiqatçıları kakao paxlalarında olan flavonolların beyinə təsirini sübut ediblər. Nəticədə onlar belə qənaətə gəliblər ki, “şokolad” flavonolları hipokampusun a qan dövranını artırır – yaddaşla əlaqəli beyin strukturu və beyin damarlarının vəziyyətini yaxşılaşdırır.
Alimlər belə qənaətə gəliblər ki, tünd şokoladın gündəlik istehlakı beyində yaşa bağlı mənfi dəyişikliklərin qarşısını alır, insanı yaddaş itkisindən və çox sürətli qocalmadan qoruyur.
Aygün Musayeva