Mayın 16-da Türkiyədə baş tutan II Beynəlxalq «Samsun İkiztepe Sağlamlıq Sammiti»ndə Azərbaycanı təmsil edən 35 nəfərlik nümayəndə heyətinin tərkibində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin marketinq və telekomunikasiya departamentinin əməkdaşı Fərid Xankişiyev də vardı.
BTİMM tibbi turizmlə bağlı beynəlxalq tədbirdə fərqli müayinə və müalicələr barədə məlumatın təqdim edildiyi xüsusi guşə ilə təmsil olunurdu.
"Medicina" xəbər verir ki, Sammiti giriş sözü ilə açan Anadolu Aslanları İş Adamları Birliyinin sədri Orhan Aydın qeyd edib ki, belə beynəlxalq tədbirlərə ev sahibliyi edən Türkiyə tibbi turizm sektorunda dünyanın ən əhəmiyyətli bazarlarından birinə çevrilib. Rəsmi statistikalara görə, Türkiyədə 2023-cü ildə sağlamlıq turizminə 62 milyard lirə sərmayə qoyulub.
Samsun valisi Orhan Tavlı ilə Azərbaycan nümayəndə heyətinin görüşü də olub. Müzakirələr zamanı Bakı-Samsun arasında birbaşa aviareyslərin təşkili, sağlamlıq turizmi sahəsində qarşılıqlı əlaqələr müzakirə edilib.
Özəl tibb müəssisələri arasında özünəməxsus yeri olan Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin peşəkar həkimlərinin İnteqrativ Tibb metodlarının köməyilə müalicəsi çətin və ya heç mümkün olmayan xroniki xəstəliklərin sağalmasında əldə etdiyi uğurlu nəticələr göstərir ki, Mərkəz təkcə ölkə vətəndaşlarının deyil, əcnəbi pasientlərin də müalicəyə cəlb olunması üçün geniş imkanlara malikdir. Artıq Birləşmiş Ərəb Əmirlikləri, İraq, İran, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və s. ölkələrdən sağlamlıq problemlərinin həlli üçün Mərkəzə müraciət edən əcnəbi vətəndaşların sayı artmaqdadır.
Bu pasientlərin hamısı illərlə düçar olduqları xəstəliklərinə çarə tapmaq üçün müxtəlif xarici ölkələrin öndə gedən klinikalarında aldıqları müalicədə heç bir nəticə görmədikləri üçün son ümid yeri kimi Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinə üz tutublar.
Onların arasında kimyəvi preparatlardan fərqli olaraq orqanizmə heç bir zərər verməyən İnteqrativ tibb metodlarının köməyilə sağalıb öz ölkələrinə qayıdanlar çoxluq təşkil edir.Bəziləri isə müalicələrini mərhələlərlə davam etdirirlər.
Beləliklə, BTİMM xroniki və autoimmun xəstəliklərin müalicəsində qazandığı uğurlarla ölkəmizdə tibbi turizm inkişafına böyük dəstək vermiş olur.
Aygün M.
Medicina.az